Çempionlar Liqası: Mahir Emrelinin komandası "Dinamo"nu qəbul edəcək

A- A A+

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, cavab oyunlarının hamısı eyni gündə gerçəkləşəcək.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşada Zaqreb "Dinamo"sunu qəbul edəcək. Varşava təmsilçisi səfərdə 1:1 hesablı heç-heçə edib.

"Neftçi"ni bu turnirdən kənarlaşdırmış Yunanıstan "Olimpiakos"u Bolqarıstanda "Lüdoqorets"in qonağı olacaq. Komandalar arasındakı ilk görüşdə heç-heçə qeydə alınıb - 1:1.

II raundda Türkiyə "Qalatasaray"ından güclü olan Niderlandın PSV klubu Danimarkada "Midtüllan"i sınağa çəkəcək. İlk görüşdə PSV 3:0 hesablı qələbə qazanıb.

10 avqust

Çempionlar Liqası, III təsnifat mərhələsi

Cavab oyunları

21:00. "Şerif" (Moldova) - "Srvena Zvezda" (Serbiya)

İlk oyun - 1:1

21:00. "Slaviya" (Praqa, Çexiya) - "Ferentsvaroş" (Macarıstan)

İlk oyun - 0:2

21:30. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Genk" (Belçika)

İlk oyun - 2:1

22:00. "Midtüllan" (Danimarka) - PSV (Niderland)

İlk oyun - 0:3

22:00. "Lüdoqorets" (Bolqarıstan) - "Olimpiakos" (Yunanıstan)

İlk oyun - 1:1

22:00. "Monako" (Fransa) - "Sparta" (Praqa, Çexiya)

İlk oyun - 2:0

22:30. "Yanq Boyz" (İsveçrə) - ÇFR (Rumıniya)

İlk oyun - 1:1

23:00. "Benfika" (Portuqaliya) - "Spartak" (Moskva, Rusiya)

İlk oyun - 2:0

23:00. "Legiya" (Polşa) - "Dinamo" (Zaqreb, Xorvatiya)

İlk oyun - 1:1

23:00. "Reyncers" (Şotlandiya) - "Malmö" (İsveç)

İlk oyun: 1:2

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: