Azərbaycan UEFA reytinqindəki mövqeyini əldən verib.
NUHÇIXAN-ın məlumatına görə, bu, Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşləri yekunlaşdıqdan sonra baş verib. İsrail xallarını 18,375-ə çatdıraraq, 24-cü pilləyə qalxıb. 18,250 xala malik Azərbaycan isə 1 pillə geriləyərək, 25-ci mövqedə qərarlaşıb.
Qeyd edək ki, hazırda Azərbaycanı avrokuboklarda yalnız "Qarabağ" klubu təmsil edir. Çempionlar Liqası ilə vidalaşan Ağdam komandası Avropa Liqasının pley-off mərhələsində Moldova "Şerif"i ilə üz-üzə gələcək.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.