"Grand Chess Tour": Şəhriyar Məmmədyarov növbəti 3 turda ABŞ təmsilçiləri ilə qarşılaşacaq

A- A A+

ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" şahmat seriyasının dördüncü mərhələsi - "Saint Louis Rapid and Blitz 2021" turniri davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov daha 3 turda mübarizə aparacaq. Belə ki, növbəti turlarda onun rəqibləri ABŞ təmsilçiləri Cefri Ksionq, Sem Şenkland və Leyner Dominqez olacaq.

Qeyd edək ki, Ş.Məmmədyarov ilk 3 turda 3 xal qazanıb. O, bu nəticə ilə turnir cədvəlində 5-cidir. Turnir 9 rapid və 18 blits turdan ibarət olacaq. Mərhələnin mükafat fondu isə 150 min ABŞ dolları təşkil edəcək.

Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"ın qalibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: