Azərbaycanın yeniyetmə cüdoçuları Avropa birinciliyində iştirak edəcəklər

A- A A+

Avqustun 17-də Latviyanın paytaxtı Riqada yeniyetmələr arasında cüdo üzrə Avropa birinciliyi start götürəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu mötəbər yarışda Azərbaycanı 10-u oğlan və 4-ü qız olmaqla 14 cüdoçu təmsil edəcək.

Oğlanlar arasında Xəyal Həsənov, Babarəhim Mirzəyev (50 kq), İslam Rəhimov (55 kq), Zahir Ağazadə, Aydın Rzayev (60 kq), Qədir Hüseynov (66 kq), Məmmədrza Hacızadə, Toğrul İbrahimov (73 kq), İsmayıl Zamanov (81 kq) və Əlirza Şıxəlizadə (90 kq) medallar uğrunda mübarizə aparacaqlar. Qızların yarışında isə Leyla Dəmirova, Fəridə Mirzəyev (44 kq), Könül Əliyeva və Aydan Vəliyeva (48 kq) iştirak edəcəklər.

Yarış avqustun 19-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: