Azərbaycan qrossmeysteri Nicat Abbasov Ulan-Batorda keçirilən beynəlxalq turnirdə 9 mümkün xaldan 6-sını toplayaraq gümüş medala layiq görülüb.
NUHÇIXAN xəbər verir ki, turnirin qalibi 7 xal toplamış amerikalı şahmatçı Rey Robson olub. Azərbaycanın digər təmsilçisi Vasif Durarbəyli və rusiyalı şahmatçı Anton Şomoyev liderdən iki xal geri qalıb.
Yarışda 5 ölkədən 10 şahmatçı, o cümlədən 8 qrossmeyster iştirak edib.