Naxçıvanda gənc müəllimlər arasında keçirilən şahmat yarışında qaliblər müəyyənləşib - FOTOLAR
12 avqust – Beynəlxalq Gənclər Günü ilə bağlı təsdiq edilən tədbirlər planına uyğun olaraq şahmatı tədris edən gənc müəllimlər arasında muxtar respublika birinciliyi keçirilib.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, əlamətdar günün qeyd olunması, şahmata marağın artırılması və bu sahədə kütləviliyin təmin edilməsi məqsədilə təşkil olunan yarışda 38 gənc müəllim iştirak edib. İsveçrə sistemi üzrə 7 turdan ibarət mübarizənin yekununda qaliblər müəyyənləşib.
Kişilər arasında ən yaxşı göstəriciyə nail olan Tural Zeynalov birinci yerə layiq görülüb. Əli Məmmədov ikinci, Əli Hüseynzadə isə üçüncü olub. Qadınlar arasında Könül Həşimova birinci, Xədicə Sadiqova ilə Fəridə Şükürova müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar.
Muxtar respublikanın Gənclər və İdman, Təhsil nazirlikləri ilə Şahmat Federasiyasının birgə təşkil etdiyi yarışın sonunda ilk üçlükdə yer alan iştirakçılara diplom təqdim olunub.