Karate Paris Olimpiadasının proqramına daxil edilməyəcək

A- A A+

Karate “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarının proqramına daxil edilməyəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Paris-2024”ün Təşkilat Komitəsinin mətbuata açıqlamasında bildirilib.

Təşkilat Komitəsinin mətbuata açıqlamasında Olimpiadanın proqramının Beynəlxalq Olimpiya Komitəsinin qaydalarına ciddi riayət olunmaqla tərtib edildiyi və dəyişdirilməyəcəyi vurğulanıb.

“Paris-2024”də idmanın 32 növü üzrə keçiriləcək 329 yarışda 10 min 500 idmançı kvotası müəyyən edilib. “Tokio-2020”də olduğu kimi, Paris Olimpiadasında əlavə kvota nəzərdə tutulmayıb. Belə ki, Tokio Olimpiadasından (5 əlavə idman növü üzrə 474 atlet) fərqli olaraq, “Paris-2024”də 4 əlavə idman növü üzrə ümumilikdə 232 idmançı iştirak hüququ qazanacaq.

Təşkilat Komitəsinin sədri Toni Estanqe diqqətə çatdırıb ki, Olimpiadanın proqramı tərtib olunarkən gənclər tərəfindən daha çox sevilən və sosial şəbəkələrdə maraq göstərilən idman növlərinə üstünlük verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: