Naxçıvanda sağlamlıq imkanları məhdud yeniyetmələr arasında intellekt yarışı keçirildi - FOTOLAR

A- A A+

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Xəmsə” Milli İntellekt Oyunu üzrə fərdi mübarizə xarakteri daşıyan yarışa 12 iştirakçı qatılıb. Oyunun keçirilmə məqsədi sağlamlıq imkanları məhdud yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkilində yeni üsullar tətbiq etməkdən ibarət olub.

Yekun nəticələrə əsasən, İlqar Məmmədli 6000 xallıq göstərici ilə oyunu birinci sırada tamamlayıb. Fatimə Əsədli (3600) ikinci, İradə Hüseynli (3200) isə üçüncü olub.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən birgə təşkil olunan yarışın sonunda iştirakçılar diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.   

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: