Şəhriyar Məmmədyarov "Grand Chess Tour"un 4-cü mərhələsinin rapid yarışında 7-ci olub

A- A A+

ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" şahmat seriyasının dördüncü mərhələsi - "Saint Louis Rapid and Blitz 2021" turniri davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov rapid turnirinin son 3 turunda mübarizə aparıb. Şahmatçımız 7-ci turda ABŞ təmsilçisi Uesli So ilə heç-heçə edib, onun həmyerlisi Fabiano Karuanaya isə 8-ci turda uduzub. Doqquzuncu turda macarıstanlı Riçard Rapportla heç-heçə edən şahmatçımız 8 xalla 7-ci olub.

ABŞ-ın digər təmsilçisi Hikaru Nakamura 12 xalla birinci yerdə qərarlaşıb.

Qeyd edək ki, turnir 9 rapid və 18 blits turdan ibarətdir. Mərhələnin mükafat fondu isə 150 min ABŞ dolları təşkil edir.

Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"ın qalibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: