UEFA Çempionlar Liqasında pley-off mərhələsinin görüşlərinə start verilib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub. Matçların hamısı Bakı vaxtı ilə eyni saatda - 23:00-da başlayıb.
"Monako" Fransada Ukraynanın "Şaxtyor" (Donetsk) klubunu qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 19-cu dəqiqədə Pedrinyo vurub.
Moldovada "Şerif"lə üz-üzə gələn Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası 0:3 heabı ilə uduzub. Meydan sahiblərinin heyətində 45 və 80-ci dəqiqələrdə Adama Traore, 54-cü dəqiqədə isə Dimitris Kolovos fərqlənib.
Avstriyada Danimarka "Bröndbü"sü ilə qarşılaşan "Zalsburq" əzmkar qələbə qazanıb. Matçda hesabı danimarkalılar açıblar. Mikael Urye 4-cü dəqiqədə komandasını önə çıxarıb.56-cı dəqiqədə Kərim Adeymi tarazlığı bərpa edib. Əsas vaxtın sonuncu dəqiqəsində isə Brenden Eronson "Zalsburq"a qələbə qazandıran qola imza atıb.
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
23:00. "Monako" (Fransa) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 0:1
Qol: Pedrinyo, 19
23:00. "Şerif" (Moldova) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:0
Qollar: Adama Traore, 45; 80, Dimitris Kolovos, 54
23:00. "Zalsburq" (Avstriya) - "Bröndbü" (Danimarka) - 2:1
Qollar: Kərim Adeymi, 56, Brenden Eronson, 90 - Mikael Urye, 4
Qeyd edək ki, bu mərhələnin digər matçları avqustun 18-də olacaq.