Payız- qış aylarında da gənclər idmanla müntəzəm məşğul ola biləcəklər

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki,  payız-qış mövsümündə yeniyetmə və gənclərin idmanla  müntəzəm  məşğul olması və kütləvi  idman tədbirlərinin keçirilməsi üçün tam şərait yaradılmalıdır. Bunun üçün İlham Əliyev adına Olimpiya İdman Kompleksi, Naxçıvan Muxtar Respublika Stadionu, İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbi, Şərur Olimpiya İdman Kompleksi və Naxçıvan Şəhər Üzgüçülük Məktəbində  üçün istilik, elektrik sistemi və su təchizatlarına nəzarət gücləndirilməlidir. Həmçinin kütləviliyin çox olduğu idman müəssisələrində yarana biləcək yoluxucu xəstəliklərə qarşı dezinfeksiya  işlərininin  aparılması və idmançıların tibbi müayinədən keçirilməsi işləri nəzarətdə saxlanılmalıdır. Bundan başqa payız-qış  mövsümündə elektrik enerjisi, qaz, rabitə və digər  xidmətlərdən  düzgün istifadə olunması, israfçılığa yol verilməməsi təmin edilməlidir.

Sonra məruzə ətrafında çıxışlar olub.

                                     Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: