Sağlamlıq imkanları məhdud uşaqlar tarixi abidələrlə tanış olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ekskursiya zamanı sağlamlıq imkanları məhdud uşaqlar Möminə Xatın türbəsi, Açıq Səma Altında Muzey, Xan Sarayı və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar. Əcəmi memarlıq məktəbinin şah əsəri olan Möminə Xatın türbəsinin memarlıq quruluşu, naxışları, Açıq Səma Altında Muzeydə sərgilənən eksponatlar onların marağına səbəb olub.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanışlıq zamanı uşaqlar eramızdan əvvəl V-III minilliklərə aid olan müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, qiymətli eksponatlar haqqında məlumat verilib.

Qeyd edək ki, ekskursiya “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı müvafiq kateqoriyadan olan uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə təşkil olunub.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: