Avropa birinciliyi: Cüdoçularımız mübarizəni dayandırıblar

A- A A+

Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Latviyanın paytaxtı Riqada keçirilən Avropa birinciliyində çıxışını davam etdirir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təsəlliverici qarşılaşmalarda cüdoçularımız Məmmədrza Hacızadə Türkiyə təmsilçisi Erman Gürgenə, Toğrul İbrahimov (hər ikisi 73 kq) latviyalı İvans Mihalovsa məğlub olaraq mübarizəni dayandırıblar.

Qeyd edək ki, mötəbər yarışın ilk günü Azərbaycan milli komandası 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Təmsilçilərimiz Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və Aydan Vəliyeva (48 kq) Avropa çempionu olublar. Aydın Rzayev (60 kq) gümüş, Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) bürünc medal qazanıblar.

Avqustun 19-dək davam edəcək nüfuzlu yarışda 37 ölkənin komandası mübarizə aparır. Milli komandamız Avropa birinciliyinə 14 cüdoçu (10 oğlan, 4 qız) ilə qatılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: