Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo İtaliyanın “Yuventus” klubu ilə yollarını ayıra bilər.
NUHÇIXAN İnformasiya Agentliyi İtaliya mətbuatına istinadla xəbər verir ki, 36 yaşlı hücumçunun agenti Jorje Mendeş “Mançester Siti” klubuna onun xidmətindən yararlanmağı təklif edib. “Yuventus” K.Ronaldonu 30 milyon avroya satmaq şərti ilə razılaşıb. Hücumçunun “Qoca sinyora” ilə qüvvədə olan müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, K.Ronaldo 2003-2009-cu illərdə “Mançester Yunayted”də forma geyinib. 2021-ci ildə “Avro-2020”də və İtaliya A seriyasında 40 dəfə meydana çıxan futbolçu 27 qol vurub və 31 məhsuldar ötürmə edib.