Yeniyetmə cüdoçularımız Avropa birinciliyini 6 medalla başa vurublar

A- A A+

Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Latviyanın paytaxtı Riqada keçirilən Avropa birinciliyində çıxışını başa vurub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qitə birinciliyinin sonuncu günündə iki cüdoçumuz - İsmayıl Zamanov (81 kq) və Əlirza Şıxəlizadə (90 kq) tatamiyə çıxıblar. Hər iki cüdoçumuz erkən mərhələdə rəqiblərinə uduzaraq mübarizəni dayandırıb.

Beləliklə, Azərbaycan cüdo komandası qitə birinciliyini 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Təmsilçilərimiz Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və Aydan Vəliyeva (48 kq) Avropa çempionu olublar. Aydın Rzayev (60 kq) gümüş, Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) bürünc medal qazanıblar.

Yarışda 37 ölkənin komandası mübarizə aparıb. Milli komandamız Avropa birinciliyinə 14 cüdoçu (10 oğlan, 4 qız) ilə qatılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: