UEFA 2020/2021 mövsümü üçün ilin ən yaxşı kişi və qadın futbolçusu adına namizədləri açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi qurumun rəsmi saytına istinadən xəbər verir ki, kişilərin siyahısında İngiltərə klublarının oyunçuları yer alıblar.
Bunlardan ikisi ötən mövsüm Çempionlar Liqasının qalibi olmuş "Çelsi"ni, biri isə digər finalçı "Mançester Siti"ni təmsil edir.
Ən yaxşı kişi futbolçu adına namizədlər
Kevin De Bröyne ("Mançester Siti")
Jorjinyo ("Çelsi")
N Qolo Kante ("çelsi")
Qadın futbolçular arasında ilin ən yaxşısı olmağa namizədlər isə aşağıdakılardır:
Cennifer Ermoso ("Barselona", ispaniya)
Like Martens ("Barselona")
Aleksiya Putelyas ("Barselona")
Qeyd edək ki, qaliblərin adları avqsutun 26-da Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.