UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Aberdin” komandaları arasında oyun başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ağdam təmsilçisi doğma meydanda qələbə qazanıb. Matçda yeganə qolun müəllifi yarımmüdafiəçi Xayme Romero olub.
Tofiq Bəhramov adına Respublika stadionunda start götürən matçı Sloveniyadan olan hakimlər briqadası idarə edib.