“Neftçi” Peşəkar Futbol Klubunun ev oyunlarını keçirdiyi “Bakcell Arena”nın ot örtüyünün dəyişdirilməsi prosesi yekunlaşmaq üzrədir. Bu prosesin “Neftçi”nin avqustun 19-da keçiriləcək ilk ev oyununa qədər başa çatdırılması nəzərdə tutulsa da, isti hava şəraiti buna imkan verməyib.
NUHÇIXAN xəbər verir ki, bununla belə, “Neftçi” bu mövsüm ikinci ev oyununu “Bakcell Arena”da keçirəcək. Komanda sentyabrın 16-da “Keşlə” klubunu məhz bu stadionda qəbul edəcək.