Naxçıvan Muxtar Respublikası İdman Federasiyalarının məşqçi müəllimləri və idmançıları muzeyləri ziyarət ediblər - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası İdman Federasiyalarının məşqçi müəllimləri və idmançılarının Naxçıvan şəhərindəki muzeylərə ekskursiyaları təşkil olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının idmançıları, məşqçi-müəllimləri Hüseyn Cavidin ev muzeyində olublar.  Ekskursiyada bildirilib ki,  Azərbaycanın görkəmli  filosof -şairi və dramaturqu Hüseyn Cavidin  ev muzeyi  onun  anadan olmasının  100 illiyi münasibətilə  ümummilli lider Heydər Əliyevin imzaladığı  1981- ci il  21 iyul tarixli  qərara əsasən  yaradılıb.

Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının məşqçi müəllimi və idmançıları Xatirə Muzeyində olublar.  Bələdçi bildirib ki, muzeydə 20 yanvar, 31 mart, Xocalı soyqırımları ilə bağlı fotoşəkillər, arxiv sənədləri, həmçinin Qarabağ müharibəsi və Naxçıvanın müdafiəsi zamanı şəhid olan qəhrəmanlarımıza aid fotoşəkillər, xatirə əşyaları nümayiş etdirilir. İdmançılara  qəhrəmanlarımızın, şəhid olmuş vətən oğullarının keçdiyi döyüş yolu və qəhrəmanlıqları barədə geniş məlumat verilib.

Naxçıvan Muxtar Respublikası Voleybol  Federasiyasının məşqçi müəllim və idmançıları isə böyük demokrat ədib Cəlil Məmmədquluzadənin ev muzeyini ziyarət ediblər. İdmançılara məlumat verilib ki, muzeydə böyük ədibin həyat və yaradıcılığına aid 2 mindən artıq eksponat mühafizə olunur və sərgilənir. Görkəmli yazıçı və onun ailəsinə məxsus şəxsi məişət əşyaları, o cümlədən Cəlil Məmmədquluzadənin əsərləri, “Molla Nəsrəddin” jurnalının  müxtəlif illərə aid nüsxələri, ədibin müasirlərinə aid sənədlər və digər qiymətli eksponatlar idmançılar  tərəfindən maraqla izlənib.

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının məşqçi müəllim və idmançıları Bəhruz  Kəngərli muzeyində  olublar. Muzey bələdçisi idmançılara  Bəhruz Kəngərlinin ailəsinə aid fotoşəkillər, xatirə əşyaları və dahi rəssamın çəkdiyi rəsm əsərləri barədə məlumat verib. Rəssamın çəkdiyi “Qaçqınlar” portret silsiləsi, mənzərə janrında çəkdiyi  əsərlər və Naxçıvanın tarixi abidələrini əks etdirən rəsm əsərləri iştirakçıların böyük marağına səbəb olub.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: