“Çelsi” London derbisində “Arsenal”dan güclü olub

A- A A+

Avqustun 22-də futbol üzrə İngiltərə Premyer Liqasının ikinci turunun mərkəzi qarşılaşması keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Emirates” stadionunda baş tutan görüşdə iki London təmsilçisi - “Arsenal” və “Çelsi” komandaları üz-üzə gəlib.

Görüş “Çelsi” komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab matçın 15-ci dəqiqəsində açılıb. Romeru Lulaku debüt oyununda qol vurmağı bacarıb. İyirmi dəqiqə sonra “Çelsi” hesab arasındakı fərqi iki topa çatdırıb. Meyson Mountun ötürməsindən sonra Ris Jeyms fərqlənib.

Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Qeyd edək ki, ilk turda “Arsenal” səfərdə “Brentford”a məğlub olub (2:0), “Çelsi” isə doğma meydanda “Kristal Palas”dan üstün olub - 3:0.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: