Şəhid və qazi övladlarının iştirakı ilə təşkil olunan “Zəfər düşərgəsi” başa çatıb - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, üç gün davam edən düşərgənin ilk günündə iştirakçıların Ağbulaq İstirahət Mərkəzi ilə tanışlığı təşkil edilib, Naxçıvan şəhərindən dəvət edilmiş psixoloq tərəfindən onlarla psixoloji seanslar aparılıb. Uşaqların vaxtının əyləncəli təşkili məqsədilə yapon kağız sənəti “oriqami” üzrə ustad dərsi keçirilib, uşaqlar üçün film nümayiş olunub.

Düşərgəyə Naxçıvan Dövlət Kukla Teatrının gəlişi azyaşlı iştirakçılar tərəfindən böyük sevinclə qarşılanıb. “Ümid” musiqi qrupunun və Şahbuz rayon Mədəniyyət şöbəsinin “Batabat” instrumental ansamblının konsert proqramı baş tutub. Çay süfrəsi ətrafında keçirilən tədbirlərdə “Zəfər düşərgəsi”nin  əhəmiyyətindan danışılıb. Qeyd edilib ki, bu kimi tədbirlər, həm də gənclərə vətənpərvərlik ruhunun aşılanması və onların bu istiqamətdə formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Vətən müharibəsində qazanılan tarixi zəfər də ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi muxtar respublikamızda formalaşmış dövlət-xalq-ordu birliyinin layiqli nəticəsidir. Tədbirin davamında uşaqlara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Zəfər düşərgəsi” Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: