Həbib Nurmaqomedov ilə Konor Makqreqor arasında keçiriləcək döyüşün biletləri üç dəqiqəyə satılıb

A- A A+

Qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurmaqomedov ilə irlandiyalı Konor Makqreqor arasında oktyabrın 6-da ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək döyüşün biletləri üç dəqiqə ərzində satılıb.

NUHÇIXAN xəbər verir ki, biletlərin qiyməti 205-2505 dollar arasında dəyişib. Bu qarşılaşma ABŞ-ın Milli Hokkey Liqasında çıxış edən “Vegas Golden Knights” klubunun arenasında baş tutacaq.

Peşəkar arenada indiyədək məğlub olmayan rusiyalı döyüşçü bu görüşdə dünya çempionu kəmərini müdafiə edəcək.

UFC versiyası üzrə dünyanın ən güclü idmançılarından hesab edilən irlandiyalı Konor Makqreqor isə 24 döyüşün 21-də qalib gəlib. O, ilk dəfə 2015-ci ildə UFC çempionu adını qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: