Naxçıvan Karate-do Federasiyasının idmançısı Avropa çempionu olub - FOTOLAR

A- A A+

Finlandiyanın Tampere şəhərində davam edən 14-15 yaşlı yeniyetmələrin və 16-17 yaşlı gənclərin 48-ci Avropa çempionatı, 21 yaşadək gənclərin isə 13-cü qitə çempionatında ölkəmiz 24 karateçi və 5 hakimlə təmsil olunur. Onlardan biri də Naxçıvan Karate-do Federasiyasının idmançısı, hazırda karyerasını millinin heyətində davam etdirən Rəşid Süleymanovdur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qitə birinciliyində yeniyetmə idmançımız gün ərzində 5 görüş keçirib. İlk üç qarşılaşmada Devid Frederikson (Danimarka), Fran Host (Xorvatiya) və Zuniqa Mateonu (Almaniya) məğlub edən təmsilçimiz yarımfinal mərhələsində rusiyalı Kiril Miçko üzərində əldə etdiyi qələbə ilə adını finala yazdırıb.

Həlledici görüşdə belaruslu Artem Şaruba ilə qarşılaşan Rəşid Süleymanov 6:0 hesablı nəticə ilə Avropa çempionu tituluna yiyələnib. Azərbaycan idmançıları yarış gününü, ümumilikdə, 2 qızıl və 1 bürünc medalla tamamlayıblar.

Qeyd edək ki, Avropa çempionatında 45 ölkədən 996 idmançı mübarizə aparır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: