UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, ilk oyun günündə qrup mərhələsinə vəsiqə qazanan 3 komandanın adına aydınlıq gələcək.
PSV Niderlandda Portuqaliyanın "Benfika" komandasının müqavimətini qırmağa çalışacaq. "Lüdoqorets" Bolqarıstanda İsveç "Malmö"sü ilə, "Ferentsvaroş" isə Macarıstanda İsveçrə "Yanq Boyz"u ilə üz-üzə gələcək.
Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
23:00. PSV (Niderland) - "Benfika" (Portuqaliya)
İlk oyun - 1:2
23:00. "Lüdoqorets" (Bolqarıstan) - "Malmö" (İsveç)
İlk oyun - 0:2
23:00. "Ferentsvaroş" (Macarıstan) - "Yanq Boyz" (İsveçrə)
İlk oyun - 2:3.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin digər cavab oyunları avqustun 25-də gerçəkləşəcək.