Avqustun 19-28-də Latviyanın paytaxtı Riqada 8,10,12 yaşına qədər oğlan və qızlar, habelə 14,16, 18 yaşına qədər yeniyetmə oğlan və qızlar arasında şahmat üzrə Avropa birinciliyi keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, iştirakçıların ilkin siyahılarına görə, Avropa çempionatında 47 ölkədən 1000-dən çox, o cümlədən Azərbaycandan 30 şahmatçı mübarizə aparacaq.
Müxtəlif yaş dərəcələrində keçiriləcək bu forumda Azərbaycanı beynəlxalq dərəcəli usta Abdulla Qədimbəyli, FIDE ustaları Gövhər Beydullayeva, Süsən Məmmədova, Aydın Süleymanlı, Sadiq Məmmədov, ustalığa namizədlər Xanım İsmayılova, Səadət Bəşirli, Səmra Qasımova, Ayan Allahverdiyeva, Mələk İsmayıl, Əli Süleymanov, Fərid Orucov, Read Səmədov, Süleyman Süleymanlı, Fərid Məlikov və başqaları təmsil edəcəklər.
Yarışlar İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq. Avqustun 25-i iştirakçıların istirahət günüdür.