Taekvondoçularımız Avropa birinciliyində iştirak edirlər

A- A A+

Estoniyanın paytaxtı Tallində taekvondo üzrə Avropa birinciliyi start götürüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, uşaq, yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyində milli komandamızın üzvləri də qüvvələrini sınayırlar.

İyirmi bir yaşadək idmançılardan ibarət millimizin baş məşqçisi Ələkbər İmaməliyev və qızların baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi ilə oğlanlar arasında Bəhruz Quluzadə, Səyyad Dadaşov (hər ikisi 54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev, Yaşar Məmmədli (hər ikisi 68 kq), Eltac Qafarov (80 kq), Taleh Süleymanov (87 kq), qızlardan isə Minayə Əkbərova (46 kq) və Aysel Xudaverdiyeva (53 kq) mübarizə aparacaqlar.

Yeniyetmələrdən ibarət milimizin baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçisi Sənan Həşimovun yetirmələrindən isə İlyas Hətəmli (33 kq), Məhəmməd Həsənli (37 kq), Harun Salamazadə (41 kq), Vasif Səlimov (45 kq), Bahadur Dostuyev (49 kq), İslam Əhmədzadə (53 kq), Hüseyn Xudiyev (65 kq), Zəhra İsayeva (29 kq), Xuraman Cavadzadə (33 kq), Fatimə İsmayılzadə (37 kq), Şəms Əlizadə (44 kq), Nərgiz Kazımova (47 kq) və Aişə Ağamirzəzadə (51 kq) güclərini sınayacaqlar.

Qitə birinciliyinə avqustun 27-də yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: