Yaponiyanın paytaxtı Tokioda Yay Paralimpiya Oyunlarının açılış mərasimi başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Yaponiya Milli Stadionunda Bakı vaxtı ilə saat 15:00-da start götürən tədbir koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilir.
Açılışda Azərbaycandan 19 nəfərlik heyət iştirak edir. Nümayəndə heyəti açılış mərasimindəki paradda 4-cü keçəcək. Dövlət bayrağını para-atlet Oloxan Musayev daşıyacaq.
Koronavirus pandemiyası səbəbindən ötən il təxirə salınmış Oyunlar sayca XVI olacaq.
Qeyd edək ki, Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq. Azərbaycanın 35 paralimpiyaçısı qüvvəsini sınayacaq.