“Tokio-2020”: Azərbaycan paracüdoçularının ilk rəqibləri bəlli olub

A- A A+

“Tokio-2020” Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycan paracüdoçularının ilk rəqibləri bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kişilərin yarışında Vüqar Şirinli (60 kq) Henri Borges (Uruqvay) - Recep Çiftçi (Türkiyə) cütünün qalibi, Namiq Abaslı (68 kq) Bannon İbanes (İspaniya) - Luis Peres (Puerto-Riko) cütünün qalibi, Hüseyn Rəhimli (81 kq) Daniel Pouel (Böyük Britaniya) - Harli Pereyra (Braziliya) cütünün qalibi, Kənan Abdullaxanlı (100 kq) Şərif Xəlilov (Özbəkistan), ikiqat Paralimpiya çempionu İlham Zəkiyev (100 kq-dan yuxarı) Cek Hodjson (Böyük Britaniya) ilə qarşılaşacaq.

Qadınların mübarizəsində Şəhanə Hacıyeva (48 kq) Şuzika Hanqai (Yaponiya), Bəsti Səfərova (52 kq) Yui Fucivara (Yaponiya), Sevda Vəliyeva (57 kq) Dayana Fedosova (Qazaxıstan) - Halithon Husan (Qırğızıstan) cütünün qalibi ilə, Xanım Hüseynova (63 kq) Hiroko Kudo (Yaponiya) - Liana Mutia (ABŞ) cütünün qalibi, Dursədəf Kərimova (70 kq-dan yuxarı) ukraynalı Anastasiya Harnik ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, cüdo yarışları avqustun 27-də başlayacaq. Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: