“Araz-Naxçıvan”nın kapitanı Rizvan Fərzəliyev rekorda imza atıb

A- A A+

UEFA Çempionlar Liqasının ilkin mərhələsində son oyununu keçirən “Araz-Naxçıvan”ın kapitanı Rizvan Fərzəliyev belçikalı futzalçı Lucionun rekordunu təkrarlamaqla yadda qalıb.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, həm də millimizin kapitanı olan R.Fərzəliyev Latviya çempionu “Raba” ilə dueldə 69-cu dəfə klub səviyyəsində beynəlxalq rəsmi görüş keçirib. O, ilk dəfə 2003-cü il oktyabrın 6-da bu turnirin keçmiş adı – UEFA Kubokunda debüt edib. Həmin vaxt kapitan AMMK-nın heyətində yer alıb.

UEFA-nın rəsmi səhifəsi futzalçımızın Lucionun 69 oyunluq rekordunu təkrarladığını qeyd edib.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: