Madridin “Atletiko” klubu “Herta” komandasının 22 yaşlı braziliyalı yarımmüdafiəçisi Mateuş Kunyonu transfer etdiyini açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Atletiko” hücuma meyilli yarımmüdafiəçinin keçidi üçün Berlin təmsilçisinə 26 milyon avro ödəyib. Madrid klubu futbolçu ilə beş illik müqavilə imzalayıb.
Mateuş Kunyo “Atletiko”dan əvvəl “Zenit” klubundan təklif alsa da, Madrid təmsilçisini seçib.
Peşəkar futbolda karyerasına 2017-ci ildə İsveçrənin “Sion” klubundan başlayan M.Kunyo bir il sonra Almaniyanın “Leyptsiq”, 2020-ci ildə isə “Herta” klubuna transfer edilib.