Azərbaycan "Tokio-2020" Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb

A- A A+

Azərbaycan "Tokio-2020" Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Paralimpiadanın ikinci günündə - avqustun 26-da pauerliftinqçimiz Pərvin Məmmədov nübarizəyə qatılıb. Yarışda 49 kiloqram çəki dərəcəsində mübarizə aparan paralimpiyaçımız 156 kiloqramlıq nəticə göstərib və bürünc medala sahib olub.

Yarışın qalibi İordaniya idmançısı Omar Sami Hamadeh Qarada olub. İkinci yeri vyetnamlı Conq Le Van tutub.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: