Ağbulaq İstirahət Mərkəzində təşkil olunan ənənəvi “Yay məktəbləri” başa çatıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ağbulaq İstirahət Mərkəzində gənclərin yay məktəbinə yekun vurulub.  Sonuncu “Yay məktəbi”nin iştirakçıları Heydər Əliyev adına Hərbi Liseyin kursantları və könüllü fəal gənclər olub. Burada təşkil edilən 3 günlük  “Yay məktəbi”ndə 36 kursant və 4 fəal gənc iştirak edib.

Yay məktəbi”ndə əvvəlcə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının əməkdaşları çıxış edərək təşkil edilən yay məktəbi barədə ətraflı məlumat verib, Ağbulağın ecazkar təbiəti və turizm imkanları barədə danışıblar. Sonra kursant və fəal gənclər mərkəzin rahat, nümunəvi şəraiti olan otaqlarına yerləşdiriliblər.

İstirahət Mərkəzində gənclər müxtəlif idman yarışları keçirib, stolüstü oyunlar və bilik müsabiqələrində iştirak ediblər. Axşam saatlarında şəhid qəhrəman oğullarımız Polad Həşimov və Qabil Orucəliyev haqqında hazırlanan “Poladın 7 anı” və “Səni vətən çağırır” sənədli filmləri nümayiş olunub.

Yay məktəbinin ikinci günündə kursantlar Ağbulaq kəndində gəzintiyə çıxıb.

Yay məktəbində gənclər üçün STEAM və “Gələcək üçün maliyyə” təlimləri də keçirilib. 

Sonda yay məktəbində təşkil edilən müxtəlif intellektual oyunların qaliblərinə diplom və fəxri fərmanlar verilib. 

Məhəmməd Fərəcov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: