Beş turnirdən ibarət olan "Grand Chess Tour" şahmat seriyası başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şahmatçımız Şəhriyar Məmmədyarov yarışda üçüncü yeri tutub. Turnirin qalibi ABŞ təmsilçisi Uesli So olub. İkinci yerə isə fransalı şahmatçı Maksim Vaşe-Laqrav sahib olub.
Bu nailiyyət Ş.Məmmədyarova 127 min ABŞ dolları qazandırıb.