Avropa çempionatı: Aydın Süleymanlı turnirin favoriti ilə heç-heçə edib

A- A A+

Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının ikinci turunun oyunları keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qitə birinciliyinin ikinci turunda yalnız bir şahmatçımız - Nicat Məmmədov rəqibi Eliya Milikovu (İsrail) məğlub edərək qələbə qazanıb. Təmsilçimiz Aydın Süleymanlı turnirin favoriti Gavain Jones (İngiltərə) ilə qarşılaşmada heç-heçə edib. Digər şahmatçılarımız Nicat Abasovun Jorge Ferreira (Portuqaliya), Rauf Məmmədovun Martin Petrov (Avropa Şahmat İttifaqı), Vasif Durarbəylinin Luka Budisavljeviclə (Serbiya) qarşılaşmaları da heç-heçə ilə nəticələnib. Şahmatçılarımızdan Riad Səmədov Konstantin Lupulescuya (Rumıniya) uduzub.

İki turdan sonra təmsilçilərimiz A.Süleymanlı, R.Məmmədov, N.Abasov, V.Durarbəyli, N.Məmmədov 1,5 xalla 19-64-cü yerləri bölüşürlər. R.Səmədovun aktivində isə 0,5 xal var.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: