Avropa çempionatı: Şahmatçılarımız üçüncü turda mübarizə aparacaqlar

A- A A+

Bu gün Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının üçüncü turunun oyunları keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qitə birinciliyinin üçüncü turunda Aydın Süleymanlı Liviu -Dieter Nisipeanu (Almaniya), Nicat Abasov Hans Stefansson (İslandiya), Rauf Məmmədov Vojtech Plat (Polşa), Vasif Durarbəyli David Gavrilescu (Rumıniya), Nicat Məmmədov Martin Vekker (Almaniya), Riad Səmədov Alexander Domalçuk (Ukrayna) ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, iki turdan sonra təmsilçilərimiz A.Süleymanlı, R.Məmmədov, N.Abasov, V.Durarbəyli, N.Məmmədov 1,5 xalla 19-64-cü yerləri bölüşürlər. R.Səmədovun aktivində isə 0,5 xal var.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: