"Bavariya" Avstriya millisinin yarımmüdafiəçisini transfer edib

A- A A+

Almaniya "Bavariya"sı heyətini yeni futbolçu ilə gücləndirib.

NUHÇIXAN İnformasiya Agentliyi klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi "Leyptsiq"in yarımmüdafiəçisi Marsel Zabitseri transfer edib.

Avstriya millisinin üzvü ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb. 27 yaşlı oyunçu yeni komandasında 18 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, ötən mövsüm "Leyptsiq"in heyətində 39 oyun keçirən Zabitser 9 qol vurub və 7 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun transfer qiyməti 42 milyon avrodur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: