"Qalatarasay"ın hücumçusu Fransa klubuna keçir

A- A A+

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mustafa Məhəmməd karyerasını Fransada davam etdirəcək.

NUHÇIXAN İnformasiya Agentliyi "Sabah" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 24 yaşlı misirli hücumçunun keçidi üçün "Bordo" ilə razılıq əldə edib.

Müqavilə ilə ölkəsinin "Zamalek" klubuna məxsus forvard ilin sonunadək "sarı-qırmızılar"da çıxış etməli idi. Mustafa Məhəmməd icarə müddətinin digər hissəsini "Bordo"da keçirəcək.

Qeyd edək ki, afrikalı oyunçu "Qalatasaray"a bu ilin fevralında keçib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: