Azərbaycanın para-atleti Lamiyə Vəliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında 15-ci medalını qazanıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, o, 100 metr məsafəyə qaçışda gümüş medala sahib olub.
Vəliyeva məsafəni 11,99 saniyəyə qət edib. Bu, Azərbaycanın paralimpiadada qazandığı ilk gümüş medaldır.
Digər para-atletlərdən Yuliya Yanovskaya 12,30 saniyə ilə 4-cü, Yelena Çebanu isə 12,41 saniyə ilə 7-ci yeri tutub.
Qeyd edək ki, Azərbaycan komandası indiyədək 10 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib.