Türkiyənin “Qalatasaray” klubu Radamel Falkao ilə yollarını ayırıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, müqaviləsi 2022-ci ilin yayında başa çatacaq kolumbiyalı hücumçu ilə anlaşmaya qarşılıqlı razılaşma ilə xitam verilib.
35 yaşlı cənubi amerikalı karyerasını İspaniya La Liqasında davam etdirəcək. O, “Rayo Valyekano” ilə anlaşıb.