Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldo İran seçməsinin Azərbaycan əsilli sabiq forvardı Əli Daeinin rekordunu qırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 36 yaşlı hücumçu buna İrlandiyaya qarşı keçirdikləri 2022-ci il dünya çempionatının seçmə oyununda nail olub.
89-cu dəqiqədə komandasının bərabərlik qoluna imza atan forvard yığmada 110-cu dəfə fərqlənib. Beləliklə, Ronaldu milli komandalarda ən çox qol vuran oyunçu ünvanına sahib çıxıb.
Təcrübəli oyunçu 90+6-cı dəqiqədə isə Portuqaliyaya qələbə qazandırıb - 2:1.
Qeyd edək ki, Əli Daei İran millisində 109 qol vurub.