İdmançıların “Yay məktəbi”ndə ilk mərhələyə yekun vurulub - FOTOLAR
Ağbulaq İstirahət Mərkəzində idmançıların istirahətinin səmərəli keçirilməsi məqsədilə təşkil olunan ənənəvi “Yay məktəb”ləri bu il də davam etdirilir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Nazirlik, Həmkarlar İttifaqları Şurası və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi tərəfindən təşkil olunan 3 günlük düşərgədə Şahmat, Atletika, Voleybol və Atıcılıq federasiyalarından ümumilikdə 48 nəfər iştirak edib.
Proqrama əsasən təyin olunan müddət ərzində müxtəlif idman oyunları, müsabiqələr və film nümayişləri təşkil olunub.
Qeyd edək ki, qrafikə əsasən 6-8 sentyabr tarixlərini əhatə edəcək növbəti mərhələdə Hava və Ekstremal İdman Növləri, Kikboksinq, Paralimpiya və Karate-do federasiyalarının məşqçi və idmançılarının iştirakı nəzərdə tutulub.