Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay Məktəbi”nin növbəti qonaqları Naxçıvan Tibb Kollecinin tələbələri olub. Yay məktəbi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı tərəfindən təşkil olunub.
Yay məktəbi çərçivəsində Naxçıvan Tibb Kollecinin tələbələri Oxunması zəruri olan kitablara əsasən hazırlanan Nə? Harada? Nə zaman? İntellektual Oyununda öz biliklərini sınayıb və müxtəlif idman növləri ilə məşğul olublar. Gənclər “Girdab” bədii filminə baxıblar.
Qeyd edək ki, Yay məktəbi avqustun 21-dək davam edəcək.