Futbol üzrə Türkiyə Superliqasının ikinci turunun növbəti oyununda “Beşiktaş” klubu səfərdə “BŞB Ərzurum” komandası ilə qarşılaşıb.
NUHÇIXAN xəbər verir ki, İstanbul komandası üç xalı rəqib qapısından keçirdiyi 3 qol sayəsində təmin edib. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşün 16-cı dəqiqəsində meydan sahiblərinin heyətində Jasmin Skuk hesabı açıb – 1:0. Fasilədən sonra oyun İstanbul təmsilçisinin üstünlüyü şəraitində keçib. Matçın 53-cü dəqiqəsində Gökhan Gönül, 76-cı dəqiqədə Alvaro Neqredo, 86-cı dəqiqədə isə Rikardo Kuarejma adlarını tabloya yazdırıblar.
Bu qələbə sayəsində xallarının sayını altıya çatdıran “Beşiktaş” çempionatda liderliyə yüksəlib.
Qeyd edək ki, ikinci tur çərçivəsində bu gün keçirilmiş “Akhisarspor” – “Rizəspor” oyunu 1:1 hesabı ilə başa çatıb.