Ölkəmizin digər regionlarından olan 49 sağlamlıq imkanları məhdud şəxs Naxçıvana səfərə gəlib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki,  ölkəmizin digər regoinlarından olan daha 49 nəfər sağlamlıq imkanları məhdud şəxsin muxtar respublikaya səfəri təşkil olunub. Onlar Naxçıvanda yaradılan şəraitdən bəhrələnməklə, “Duzdağ” Fizioterapiya Mərkəzində müalicə alıb, istirahət ediblər. Əlavə olaraq, səfər müddətində qonaqların muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına, o cümlədən Naxçıvan şəhərində yerləşən və şərq memarlığı incilərindən biri olan Möminə Xatun türbəsinə, “Əcəmi” seyrangahında təşkil olunmuş açıq səma altında muzeyə ekskursiyası baş tutub, daha sonra onlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar. Ekskursiyanın davamında, sağlamlıq imkanları məhdud şəxslərin “Əshabi-Kəhf” dini-mədəni abidə kompleksinə ziyarəti təşkil olunub. Ziyarətin ardından burada onlar üçün çay süfrəsi təşkil olunub.

Gəzinti muxtar respublikaya səfər edən sağlamlıq imkanları məhdud şəxslərdə xoş təəssürat yaradıb, göstərilən qayğı və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, ölkəmizin digər bölgələrindən muxtar respublikaya bu kimi səfərlərin qarşıdakı dövr ərzində də davam etdirilməsi nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: