Futbol üzrə Türkiyə Superliqasının ikinci turunda son çempion “Qalatasaray” klubu öz meydanında “Göztəpə” kollektivi ilə qarşılaşıb.
NUHÇIXAN xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi (1:0) ilə başa çatıb. Matçda yeganə qolu 42 dəqiqədə Onyekuru vurub.
Bununla da Fatih Terimin yetirmələri yeni mövsümdə ardıcıl ikinci qələbələrini qazanıblar.
Qeyd edək ki, hesabında 6 xal olan üç komanda – “Beşiktaş”, “Qalatasaray” və “Yeni Malatyaspor” turnir cədvəlində 1-3-cü yerləri bölüşürlər.