Avstriya-Azərbaycan oyununu belaruslu hakimlər briqadası idarə edəcək

A- A A+

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Avstriya yığmasına qarşı keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, matçı Belarusdan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi FIFA referisi Amin Kurheli olacaq. Ona Yuri Xomçenko və Viktor Xetskov köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Denis Şerbakov yerinə yetirəcək.

Qeyd edək ki, senytabrın 7-də oynanılacaq Avstriya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. U-21 ilk matçında səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: