“Еuro-football” idman saytı: Erməni nağılının sərt sonu çatıb

A- A A+

Almaniyanın Ştutqart şəhərində keçirilən futbol üzrə dünya çempionatının seçmə turnirinin beşinci turunun “J” qrupunda AFR yığması tərəfindən Ermənistan yığmasına endirilən dağıdıcı məğlubiyyəti “Еuro-football” idman saytı “Erməni nağılının sərt sonu” adlandırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ermənilər meydandan 0:6 hesablı məğlubiyyətlə ayrılıblar. Qolları Qnabri Serj (6-cı və 15-ci dəqiqələr), Roys Marko (35-ci dəqiqə), Verner Timo (45-ci dəqiqə), Hoffman Yonas (52-ci dəqiqə) və Adeyemi Karim (90-cı dəqiqə) vurublar.

Sayt istehza ilə qeyd edir ki, bununla belə son illər Almaniya yığması, necə deyərlər, təəssürat yaratmır. Məqalədə vurğulanır ki, erməni müdafiə xətti “alman maşını”nın təzyiqi altında tez sıxılıb. Materialın müəllifi Kirill İvantsov Almaniya yığmasının qələbəsini “tennis” qələbəsi adlandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: