Türkiyənin "Qalatasaray" klubu futbolçusu Emre Akbabanı icarəyə verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Alanyaspor" 29 yaşlı yarımmüdafiəçini heyətinə qatdığını açıqlayıb.
Akbaba 2021/2022 mövsümündə bölgə təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, 2018-ci ildən "Qalatasaray"da çıxış edən Emre Akbaba 2016 - 2018-ci illərdə Alanya təmsilçisinin formasını geyinib.