Türkiyənin "Fənərbağça" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
NUHÇIXAN İnformasiya Agentliyi İstanbul təmsilçisinin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, klub portuqaliyalı yarımmüdafiəçi Migel Krespo ilə anlaşıb.
25 yaşlı oyunçu ilə 3+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Migel Krespo son olaraq Portuqaliyada "Eştoril"in formasını geyinib.