100-ə yaxın gəncin iştirak etdiyi “Marş İrəli” layihəsi ikinci gününü geridə qoydu - VİDEO
Naxçıvan “Marş İrəli” layihəsinə ev sahibliyi edir. Əlahiddə Ümumqoşun Ordunun dəstəyi, Azərbaycan Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə sentyabrın 5-dən start götürən “Marş irəli” layihəsi ayın 9-dək davam edəcək. Layihə gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, fiziki dözümlülüyün artırılması, rəqabətədavamlı və sağlam gəncliyin inkişafı məqsədilə həyata keçirilir.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının maraqlı və yaddaqalan keçən ikinci günlə bağlı hazırladığı videomaterialı təqdim edir.
Şövkət Kərimli
Əli İbrahimbəyli